Elnur Əli oğlu Allahverdizadə 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.Əslən Zəngilan rayonundandır. 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirmişdir.Hərbi xidmətdən geri döndükdən sonra səs rejissoru kimi fəaliyyət göstərmişdir. “Barama" və "Atılmışlar” serialları, bir çox reklam çarxlarının səs rejissoru olmuşdur.Xüsusilə, "Son iclas" bədii filminin bum operatoru,"Buğlama" komediya serialının səs operatoru olmuşdur. "Picmus production”un əməkdaşı olaraq çalışmışdır. 2020-ci ildə çəkilən "Buğlama" serialının bir seriyasında (həmin seriyanın çəkilişləri bitdikdən sonra Elnur Allahverdizadə müharibəyə yollanmışdı) titrlərdə şəhid Elnur Allahverdizadənin adı var.2021-ci ildə Sumqayıt şəhərində Elnur Allahverdizadə və Elçin Hüseynovun xatirə lövhəsi açılmışdır.2021-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Elnur Allahverdizadənin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilmişdir.Filmoqrafiya Son iclas (film, 2018) — bum operatoru (titrlərdə var) Elnur Allahverdizadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin sentyabrın 29-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsindən Vətən müharibəsinə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elnur Allahverdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü topçu olaraq iştirak etmişdir. Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.