0702133333

0702133333

Asiman Niyaz oğlu Allahverdiyev

Asiman Allahverdiyev 26 avqust 1998-ci il Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər İnternat tipli Gimanziya məktəbində təhsil alıb. 2016-cı ildə hərbi xidmətə çağırılıb. Asiman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocəvənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Xüsusi təyinatlı qrup giziri Asiman Allahverdiyev Füzuli şəhərinə daxil olan ilk kəşfiyyatçılardan biri olub. 9 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asiman Allahverdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən,Asiman Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.