0702133333

0702133333

Elçin Bayram oğlu Alıyev

Elçin Alıyev 1975-ci il iyulun 16-da Qubadlı şəhərində anadan olub.Ailəli idi. Üç oğlu yadigar qaldı. 26.06.2001 "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley,26.06.2002 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli,26.06.2007 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli,26.06.2008"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley,26.06.2013 "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley,26.06.2018 "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edildi. Azərbaycan Ordusunun mayoru olan Elçin Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Alıyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.