0702133333

0702133333

Elmir Gündüz oğlu Akifzadə

Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub.2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə isə Kazan Universitetinə daxil olub. Subay idi. Elmir Akifzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2- nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Akifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Akifzadə oktyabrın 9-da Hadrut döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Akifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.