0702133333

0702133333

Emin Valik oğlu Ağazadə

Emin Valik oğlu 22 mart 1991-c ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. 1997-ci ildə İsmayıllı rayonunun Ceyhun Həsənov adına Kürdmaşı kənd orta məktəbində ibtidai təhsilə başlayıb, 2008-ci ildə isə həmin məktəbi bitirib. Emin Ağazadə 5 aprel 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb və hərbidə baş atıcı olub. O, 1 noyabr 2010-cu ildə hərbi xidmətini başa vurub.Ailəli idi 2 uşağı varO, Füzuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdi. oktyabrın 25-i gecə Laçın istiqamətində yoldaşları ilə birlikdə ön cəbhəyə gedərkən maşında vurularaq qəlpə yarası almış və əbədiyyətə qovuşmuşdur. Şəhid Emin Ağazadə oktyabrın 27-si İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən kənd qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid əsgər Emin Ağazadə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir