Zamin Zülfüqar oğlu Ağayev 11 May 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuş və ailəsi ilə birgə 2003-cü ildə Binəqədi rayonunun Binəqədi kəndinə köçmüşdür. 2008-ci ildə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. amin Ağayev 14 İyul 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qobustan Rayon Bölməsindən həqiqi hərbi xidmətə yollanmışdı. İkinci Qarabağ müharibəsi başlanan ilk gündən - 27 Sentyabrdan döyüşlərə qatılmışdır. Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə bir daha sübut etdi. Zamin Vətən müharibəsinin ən qızğın dövründə- 20 Oktyabr 2020-ci il tarixində öz silahdaşını xilas edərkən baş nahiyəsindən qəlpə yarası almışdır. Həkimlərin göstərdiyi səylərə baxmayaraq 23 Oktyabr 2020-ci tarixində Şəhidlik Zirvəsinə ucalmış və doğulduğu Sündü kəndində olan Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zamin Ağayev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.