0702133333

0702133333

Rəşad Rövşən oğlu Allahverdiyev

Ağayev Rəşad 2 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Evin tək oğlu olan Rəşad,Binəqədi rayon 283 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1-ci və 2-ci kursu 7 nömrəli Peşə liseyində oxuduqdan sonra, 3-cü kursda Step Akademiyasına qəbul olub və Akademiyanı proqramist dizayner kimi bitirib. Rəşad Ağayev 4 iyul 2019-ci il tarixində Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsinə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində ordu sıralarına qatılmışdır. 3 oktyabrda isə, Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.