0702133333

0702133333

Ramil Ağarəhim oğlu Ağayev

Ramil Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub.Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb.Digah Ərazi nümayəndəliyində müdür müavini vəzifəsində,daha sonra isə Abşeron Rayon İcra Hakimiyyətində Tikinti-Memarlıq şöbəsində baş mütəxəssis vəzifəsində işləyirdi.Ailəli olan qəhrəmanımızın Firuzə adında 10 aylıq körpəsi var. Azərbaycan Ordusunun əsgəri olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Doğulduğu Sabirabad dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.