0702133333

0702133333

Əhəd Bilal oğlu Ağayev

Ağayev Əhəd Bilal oğlu 1987-ci ildə Azərbaycan Respublikasının Astara rayonunun Motalayataq kəndində anadan olmuşdur. Əhəd Ağayev aprel 2005-ci il - oktyabr 2006-cı illərdə həqiqi hərbi xidmətini yerinə yetirir. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zaman könüllü olaraq müharibəyə qatılır. Əhəd Xocavənd uğrunda gedən döyüşlərdə döyüşür. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.