Ağayev Ağamir Qüdrət oğlu 1996-cı ildə Biləsuvar rayonunda 2 saylı çadır şəhərciyində məcburi köçkün ailəsində dünyaya göz açıb. Çünki onun ailəsi hələ 1993-ci ildə erməni təcavüzü zamanı öz doğma torpaqları olan Füzuli rayonu Şükürbəyli kəndindən köçkün düşüb. 1994-ci il Horadiz əməliyyatı zamanı azad edilən kəndlərdən biri Şükürbəyli olduğu üçün Ağamir və ailəsi 2001-ci ildən öz ata-baba yurduna dönüb. Yeniyetmə çağlarını Şükürbəylidə keçirən Ağamir düşmənlə təmas xəttində böyüyüb. Ağamir 2014-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edən Ağamir Aprel döyüşlərində də iştirak edib. 2020-ci ilin sentyabrın 27-də ermənilər tərəfindən törədilən təxribat zamanı əks hücuma keçən ordu sıralarında xidmət etmək üçün Ağamir könüllü olaraq döyüşə yollanıb. Füzuli istiqamətində gedən döyüşlər zamanı bir çox uğurlu tapşırıqlarda Ağamir də ruh yüksəkliyi ilə iştirak edib. Oktyabrın 8-də Füzuli rayon Seyidəhmədli kəndi istiqamətində gedən gərgin döyüşlər zamanı Ağamir qəhrəmancasına döyüşərək şəhid olub. İlham Əliyevin Sərəncamına əsasən "Vətən Uğrunda" , "Füzulinin azad olunmasına görə" döyüşlərinə görə medalları ilə təltif edilib.