0702133333

0702133333

İlkin Saməddin oğlu Ağaquliyev

İlkin Ağaquliyev 4 oktyabr 2000-ci ildə Dəvəçi şəhərində doğulub. Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olmuş və rayon və zona yarışlarında mükafatçı olmuşdur. İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhramancasına şəhid olmuşdur.18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.