0702133333

0702133333

Şixmir Qabil oğlu Ağamirov

 Şıxmir Ağamirov 1990-cı il aprelin 5-də Qusar rayonunun Gican kəndində anadan olub.Milliyyətcə ləzgi idi. Ailəli idi. Bir qızı yadigar qaldı. Azərbaycan Ordusunun baş giziri olan Şıxmir Ağamirov 2020-ci il sentyabrın 27- də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şıxmir Ağamirov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Qusar rayonundə Gican kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.