0702133333

0702133333

Ağamməd Elgiz oğlu Ağamalıyev

 Ağamalıyev Ağamməd Elgiz oğlu 16 noyabr 1990-cı ildə Samux rayonu Füzuli kəndində anadan olub. Vətən müharibəsi başlanan zaman səfərbərlik xidməti tərəfindən döyüşlərə yollanan Ağamməd Vətən müharibəsində igidlik və mərdlik göstərərək Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.Şəhidimiz ailəli idi. Zeynəb adlı qızı Vətənə əmanətdir. O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.