0702133333

0702133333

Müzəffər Vahid oğlu Ağaliyev

 Ağaliyev Müzəffər Vahid oğlu 1981-ci il,dekabrın 30-da anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müzəffər Ağaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Müzəffər Ağaliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Müzəffər Ağaliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.