0702133333

0702133333

Zaur Kamil oğlu Ağalı

 Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2003-cu il İstisu qəsəbəsi R.Qurbanov adına orta məktəbə daxil olub, 2014-ci ildə həmin məktəbi bitirib 2015-ci aprel ayında həqiqi hərbi xidmətə yollanıb 2016-ci ildə oktyabr ayında xidmətə başa vurub qayıdıb. 2017-ci ildə ailə həyatı qurub. 2018 iyulun 7-sində bir Oğlan övladı dünyaya gəlib. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayıl döyüşləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərndə savaşıb. Zaur Ağalı Füzuli istiqamətinndə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Zaur Ağalı oktyabrın 22-də yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.