0702133333

0702133333

Şirəli İlham oğlu Adilov

 Şirəli İlham oğlu Adilov 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Valideynləri ayrıldığına görə 13 yaşından atasız böyüyən Şirəlinin həyatı çox çətinliklə keçib. Aprel döyüşlərində könüllü iştirak edən qəhrəmanımız Vətən müharibəsinin də ilk günlərindən döyüşlərə qatılıb. Füzuli, Hadrut və Xocavənddə gedən döyüşlərdə düşmənlə mübarizə aparan Şirəli böyük qəhrəmanlıqlar göstərib. Şirəli Adilov oktyabrın 21-də qəhrəmancasına şəhidlik məqamına ucalıb. Şirəli ölümündən olduqdan sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.