0702133333

0702133333

Fərid İlqar oğlu Adıgözəlov

Fərid İlqar oğlu Adıgözəlov 8 sentyabr 1992-ci ildə Naftalan şəhərində dünyaya gəlib. 1999-cu ildə Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olan Fərid 2009-cu ildə həmin məktəbin məzunu olub. 2010-ci ildə hərbi xidmətə çağırılıb. 2020-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. II Qarabağ müharibəsinin ilk günündən ön cəbhədə olan Fərid torpaqlarımızın işğalçılardan azad olunması uğrunda cəbhənin Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə şücaət göstərib. İgidimiz Talış kəndi istiqamətində hərəkətdə olan tankın aşması nəticəsində aldığı zədədən şəhidlik zirvəsinə ucalıb və 18 oktyabr 2020-ci il tarixdə doğulduğu Naftalan şəhərində böyük izdihamla torpağa tapşırılıb. Fərid Adıgözəlov "Suqovuşanın azad olunmasına görə" , “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.