Faiq Mehdi oğlu Adıgözəlov sentyabrın 1-i 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətini Daşkəsən rayonunun təmas xəttində keçib. Hərbi xidmətdən tərxis edildikdən sonra 2017-ci ildə yenidən müddətdən artıq hərbi xidmət qulluqçusu kimi orduya qayıdıb. Faiq Adıgözəlov Vətən müharibəsi dövründə Gülüstan, Ağuçuq, TalışSuqovuşan istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. 29 sentyabr 2020-ci il tarixində Ağuçuq istiqamətində qarşı tərəfin əlaqə yolunu kəsərək hücum edən düşmən tankının irəliləməsinə əngəl olub. Suqovuşan istiqamətində düşmənin hücuma keçən PDM-2 zirehli texnikasını sıradan çıxarıb. Faiq 2020-ci il oktyabrın 10-da düşmən mövqeyinə hücum zamanı qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Faiq Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin digər Sərəncamına uyğun olaraq Faiq ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.