0702133333

0702133333

Bəhruz Zabit oğlu Abuşov

Bəhruz Abuşov 1983-cü il iyunun 18-də Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub.1989-2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. 26.06.2008 "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, 26.06.2013 "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, 26.06.2014 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26.06.2018 "Azərbaycan Ordusunun 100 illiyi" yubiley,26.06.2019 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalları ilə təltif edildi Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Bəhruz Abuşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz Abuşov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Nohurqışlaq kəndində dəfn olunub. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi