0702133333

0702133333

Tacəddin Elşən oğlu Abışov

Tacəddin Abışov 2001-ci il noyabrın 27-də İmişli şəhərində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Tacəddin Abışov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. İmişli şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.