0702133333

0702133333

Fərid Əlfayım Oğlu Abışov

 Abışov Fərid Əlfayım oğlu 28 noyabr 1996-cı ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olub. Fərid 2016-cı ilin aprel döyüşlərində şücaətlə iştirak edib. Vətən müharibəsi başlanan zaman Səfərbərlik Xidməti tərəfindən müharibəyə cəlb olunan Fərid igidlik və mərdlik göstərərək qəhrəmancasına Şəhid olub. O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.