0702133333

0702133333

Əmrah Səyyab oğlu Abışov

 Əmrah Abışov 15 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Akif Sultanov adına Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbində təhsil almışdır. Əmrah Abışov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini tərxis olunduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Abışov 30 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Abışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.