0702133333

0702133333

Elnur Şaiq oğlu Abışov

Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub. Subay idi. 2016-ci ildə Aprel döyüşlərində iştirak edib, fəallıq göstərib. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. 2020-ci ildə qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatılır. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib. 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Qardaşı Abışov Səfalı Şaiq oğlu isə hazırda xidmətin davam etdirir və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.