0702133333

0702133333

Qasım Əli oğlu Abdullazadə

 Abdullazadə Qasım Əli oğlu 27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z. Tağıyev adına 123 nömrəli orta məktəbə təhsil almağa başlamış və 2016-cü ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurmuşdur. 2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşüb. 2019-cu ildə hərbi xidmətini tamamlamışdır. Qasım Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı cəbhənin bir çox istiqamətlərində döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Qasım 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur