0702133333

0702133333

Tosif Vidadi Oğlu Abdullayev

Tosif Abdullayev 1998-Ci Il Dekabrın 8-Də Cəlilabad rayonunun Qara Kazımlı Kəndində Anadan Olub. Tosif Abdullayev 2017-2019-Cu Illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda Yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Tosif Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın Ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi Zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tosif Abdullayev Oktyabrın 14-Də Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Tosif Abdullayev Ölümündən Sonra "Vətən Uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən Tosif Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.