0702133333

0702133333

Rəşad Arif Oğlu Abdullayev

 Vətən Müharibəsi Qəhrəmanı. Rəşad Abdullayev 1988-Ci Il Sentyabrın 14-Də Cəlilabad rayonunun Göytəpə (Həmin Dövrdə Prişib) Şəhərində Anadan Olub.Ailəsində Özü Də Daxil Olmaqla 4 Uşaq Olan Abdullayev 3 Bacının Yeganə Qardaşı Idi. Rəşad Abdullayev, 1995-Ci Ildə Göytəpə Kənd Tam Orta Məktəbinin Birinci Sinfinə Daxil Olmuşdur. 2003-Cü Ilə Qədər Bu Məktəbdə Təhsil Aldıqdan Sonra 9-Cu Sinifdə 2003-Cü Ildə Cəmşid Naxçıvanski Adına Hərbi Liseyə Daxil Olub. 2006-Cı Ildə Liseyi Bitirən Abdullayev Həmin Ildən 2010-Cu Ilə Qədər Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbində Ali Hərbi Təhsil Alıb. 2010-Cu Ildə Məktəbi "Motoatıcı" Ixtisası Üzrə Bitirib. Rəşad Abdullayev 8 Sentyabr 2013-Cü Ildə Gülnar Abdullayeva Ilə Ailə Həyatı Qurub. Rüqəyya Adlı Qızı Və Məmmədağa Adlı Oğlu Yadigar Qaldı. Rəşad Abdullayev 2010-Cu Ildə Ali Hərbi Məktəbi "Motoatıcı" Ixtisası Üzrə Bitirdikdən Sonra Müdafiə Nazirliyinin Həmin Ilin 23 Iyun Tarixli Sərəncamına Əsasən "Leytenant" Rütbəsi Ilə Hərbi Vəzifəsinə Başlamışdır. Daha Sonra Təlim Və Tədris Mərkəzinin Zabit Ixtisası Kursuna Dinləyici Olaraq Göndərilmiş, Burada Da Təhsilini Tamamladıqdan Sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin Əmrinə Əsasən 24.06.2010-Cu Il Tarixindən 12.12.2011-Ci Ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” Saylı Hərbi Hissəsində Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri Vəzifəsində Xidmət Etmişdir. 12 Dekabr 2011- Ci Ildə XTQ Kursu Keçmək Üçün "N" Saylı Hərbi Hissəsinə Ezam Olmuşdur. Kurs Bitdikdən Sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 Iyul 2012- Ci Tarixli Əmri Ilə “N” Saylı Hərbi Hissədə Xüsusi Təyinatlı Qrupun Komandir Müavini Vəzifəsinə Təyin Olunmuşdur. Xidməti Zamanı Ona 2 Rütbə Vaxtından Əvvəl Verilsə Də, Abdullayev Imtina Etmişdir. 2016-Cı Il Aprelin 1-Dən 2-Nə Ötən Gecədən Başlayaraq Azərbaycan Və Ermənistan Silahlı Qüvvələrinin Bölmələri Arasında Cəbhənin Tərtər Və Cəbrayıl-Füzuli Istiqamətlərində Şiddətli Döyüşlər Başlamışdır. Tarixə Aprel Döyüşləri Olaraq Yazılan Döyüşlər Zamanı Rəşad Abdullayev "N" Saylı Hərbi Hissənin Komandir Müavini Kimi Döyüşlərdə Yaxından Savaşmışdır. Belə Ki, O, Döyüş Başlayandan Bitənə Qədər Mühasirədə Olsa Belə, Mühasirədən Çıxmağı Bacarmış, Ermənistan Ordusunun Zabit-Əsgər Heyətini Məhv Etmişdir. Gecə Döyüşləri Zamanı Cəbrayıl rayonunun Lələtəpə Istiqamətində Olan Əlverişli Mövqelər, Strateji Nöqtələr, O Cümlədən Lələtəpə Zirvəsi Azərbaycan Ordusu Tərəfindən Işğaldan Azad Olunmuşdur. Həmin Döyüşlərdə Ermənistanın Müdafiə Naziri Seyran Ohanyan Tərəfindən Qurulan Və Ermənistan Ordusunun "Yenilməz Ohanyan Xətti" Olaraq Tanınan Müdafiə Xətti 40 Dəqiqə Ərzində Darmadağın Edilmişdir. Azərbaycan Respublikasının Müstəqilliyinin, Ərazi Bütövlüyünün Qorunub Saxlanılmasında Xüsusi Xidmətlərinə, Xidməti Vəzifələrini Və Hərbi Hissənin Qarşısında Qoyulmuş Tapşırıqları Yerinə Yetirərkən Fərqləndiyinə Görə Baş Leytenant Rəşad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 Iyun 2016-Cı Il Tarixli 2176 Nömrəli Sərəncamına Əsasən "Hərbi Xidmətlərə Görə" Medalı Ilə Təltif Edildi. 2014-2015-2017-2019-Cu Illərdə Xarici Ölkələrdə XTQ Kurslarının, O Cümlədən Türkiyədə Keçirilən “Turaz Qartalı” Paraşut Təlimlərinin Iştirakçısı Olaraq Fərqlənmə Ilə Bitirmişdir. Azərbaycanın Ərazi Bütövlüyünün Bərpa Edilməsində Xüsusi Xidmətlərinə Və Işğal Olunmuş Ərazilərin Azad Olunması Zamanı Düşmənin Məhv Edilməsi Üzrə Qarşıya Qoyulmuş Döyüş Tapşırığını Yerinə Yetirən Zaman Göstərdiyi Qəhrəmanlıq Nümunəsinə Görə, Həmçinin Hərbi Qulluq Vəzifəsini Yerinə Yetirən Zamanı Igidliyin Və Mərdliyin Nümayiş Etdirilməsinə Görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-Ci Il Tarixli Sərəncamına Əsasən Rəşad Abdullayevə Ölümündən Sonra "Vətən Müharibəsi Qəhrəmanı" Adı Verildi. Azərbaycanın Ərazi Bütövlüyünün Təmin Edilməsi Uğrunda Döyüş Əməliyyatlarına Qatılan Və Hərbi Hissə Qarşısında Qoyulmuş Tapşırıqların Icrası Zamanı Vəzifə Borcunu Şərəflə Yerinə Yetirdiyi Üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-Ci Il Tarixli Sərəncamına Əsasən Rəşad Abdullayev Ölümündən Sonra "Vətən Uğrunda" Medalı Ilə Təltif Edildi. Azərbaycanın Kəlbəcər rayonunun Işğaldan Azad Edilməsi Uğrunda Aparılan Döyüş Əməliyyatlarına Qatılaraq Şəxsi Igidliyi Və Şücaəti Nümayiş Etdirdiyinə Görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-Ci Il Tarixli Sərəncamına Əsasən Rəşad Abdullayev Ölümündən Sonra "Kəlbəcərin Azad Olunmasına Görə" Medalı Ilə Təltif Edildi.