0702133333

0702133333

Telman Fazil oğlu Allahverənov

Telman Allahverənov 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub.Azərbaycan Ordusunun əsgəri olan Telman Allahverənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.