0702133333

0702133333

Hikmət Şaiq oğlu Abdullayev

Abdullayev Hikmət Şaiq oğlu 20 sentyabr 1998-ci ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Abdullayev 2020-ci il sentyabrın 27- də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Hikmət Abdullayev 23 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Sərəncamına əsasən Hikmət Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.