0702133333

0702133333

Həmdulla Aslan oğlu Abdullayev

Həmdulla Abdullayev 1994-cü il martın 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə K.Əsədov adına Hacıbabalı kənd tam orta məktəbində təhsil alıb.Subay idi. Həmdulla Abdullayev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həmdulla Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmdulla Abdullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.