0702133333

0702133333

Elnur Təvəkkül oğlu Abdullayev

 Abdullayev Elnur Təvəkkül oğlu 1983-cü il iyul ayının 10-da Sumqayıt şəhərində dünyaya gəlib. İki qız övladı yadigar qalıb.2011-ci ildə tank-mexanik sürücülük kursunu bitirdikdən sonra hərbi qulluqçu kimi ordu sıralarında xidməti vəzifəsini yerinə yetirməyə başlayıb.o,əslən Qubadlı rayonundandır. Elnur Vətən Müharibəsi başladığı gündən Füzuli və Xocavənd rayonları istiqamətlərində döyüşüb. Döyüşlər zamanı düşmənin 9 tankını qənimət olaraq ələ keçirib. Döyüşlərin birində idarə etdiyi tankın vurulmasından son anda xilas olsa da, oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Elnur Abdullayev xidməti müddətində "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" və “Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” Azərbaycan Respublikasının yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal və fəxri fərmanlarla, şəhidlik zirvəsinə ucaldıqdan sonra isə Xocavənd, Cəbrayıl və Füzulinin azad olunmasına görə və “Vətən uğrunda” medalları ilə təltif olunub.