0702133333

0702133333

Elgün Əmirxan oğlu Abdullayev

Elgün Abdullayev 1994-cü il aprelin 1-də Ağstafa rayonunun Qırılı kəndində dünyaya gəlib.2000–2011-ci illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb. Elgün Abdullayev 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "kiçik çavuş" hərbi rütbəsi altında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Elgün Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Abdullayev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.