0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

241 nömrəli məktəb Xəzər rayonunda Zirə qəsəbəsi Sərdarov 6 ünvanında yerləşir. Məktəb 1979 cu ildə tikilmiş və istifadəyə verilmişdir.Məktəbimiz 1995-ci ildən Ziya Ağayevin adını daşıyır. 1176 nəfər üçün nəzərdə tutulub.Məktəbdə kabinet və laboratoriyaların sayı 45-dir.Məktəbdə dərs deyən müəllimlərin sayı 59 nəfərdir. Şagirdlərin ümumi sayı isə 771 nəfərdir. Məktəbdə şagird müəllim nisbəti 13/1 dir.

Haqqında

242 nömrəli məktəb 1968 - ci ildə istifadəyə verilmişdir. Məktəb 2012 - ci ildə əsaslı təmir olunmuş lazımi avadanlıqlar təchiz edilmişdir. Məktəbdə 865 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 90 müəllim məşğul olur. Məktəbdə avadanlıqlarla təmin olunmuş idman zalı vardır və məktəb rayon miqyasında keçirilən bir sıra idman yarışlarına ev sahibliyi etmişdir. Məktəbdə müasir avadanlıqlarla təmin olunmuş 3 laboratoriya, innovasiya mərkəzi, metodiki mərkəz də var. Məktəbdə "Preomethean" lövhələri və "Mimio " qurğuları ilə təchiz olunmuş fənn kabinetləri də mövcuddur ki, burada müəllimlər açıq dərslər təşkil edirlər. 2012 -2013 - cü tədris ilində 1 şagird riyaziyyat fənni üzrə fənn olimpiadasının Respublika turunda III yerə layiq görülmüşdür. TQDK-nın nəticələrinə görə 2013-2014 - cü tədris ilində məktəbi bitirən 44 nəfər məzundan 32 nəfəri ali məktəbə qəbul olunmuşdur. Məktəb idman sahəsində də bir çox uğurlar qazanmışdır. Belə ki, bu il şagirdlərdən 1 nəfər Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən Beynəlxalq Şahmat turnirində iştirak edərək I yerə layiq görülmüşdür. 1 şagird isə 12 yaşlılar arasında şahmat üzrə Bakı çempionu olmuşdur.

Haqqında

Pirallahı rayonu 243 nömrəli tam orta məktəb 11 yanvar 1969-cu ildə yaranıb. Ərazidə başqa məktəblərdən fərqli olaraq, məktəb öz geniş sinif otaqları, idman zalı, möhtəşəm akt zalı, kitabxanası ilə fərqləndiyi üçün burada təhsil alanlar yaradılmış şəraitdən həmişə razı qalıblar. 2012-ci ildə məktəb əsaslı təmirə dayanmış,məktəbin daxili və xarici siması daha da yaxşılaşmışdır. Məktəbin su təchizatı yaxşılaşmış, istilik sistemi yenilənmiş, ətrafına yaşıllıq salınmışdır. Məktəbin pedaqoji kollektivinin sayı 34, təhsil alan şagirdlərin sayı isə 300-dür. Fəaliyyətinin bütün dövrlərində 243 nömrəli məktəbin pedaqoji kollektivi, şagirdləri rayonun bütün tədbirlərində fəal iştirak ediblər. Bunlardan bilik və idman yarışlarını bayram tədbirlərini, olimpiadaları, məktəbin məzunlarının ayrı-ayrı illərdə qəbul imtahanlarında göstərdiyi yüksək nəticələrini xüsusilə qeyd etmək lazımdır.

Haqqında

244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Məktəb bir tipli layihə əsasında inşa edilib. 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı , fizika , kimya , biologiya , GÇH kabinetləri və 3 informatika sinfi var. Məktəbin ümumi sahəsi 16272 kv.m- dir . Məktəb iki korpusdan ibarətdir. Məktəbdə 90 ədəd kompyuter var. 38 kompyuter internet şəbəkəsinə qoşulmuşdur. Gün ərzində 370 şagird və 35 müəllim kompyuterdən və internet şəbəkəsindən istifadə edə bilir. Məktəbin 200 yerlik akt zalı və 1 idman zalı var. Məktəb 2012-ci ildə əsasli təmir edilmiş və 2013-cü ildə 640 yerlik tədris korpusu tikilmişdir. Məktəbdə 1782 şagirdin təlim-tərbiyəsi ilə 165 müəllim məşğul olur və 75 sinif komplekti var. Müəllimlərin 151-i ali təhsilli, 14-u isə orta ixtisas təhsillidir. Məktəbdə tədris azərbaycan və rus dilində aparılır. Müəllim şagird nisbəti 1/11-dir. Məktəbin direktoru Yəhya Abbasov Təhsil Nazirliyinin Qabaqcıl təhsil işçisi döş nişani, 2011-ci ildə Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Tərəqqi medali ilə təltif edilib, fəlsəfə üzrə fəlsəfə doktorudur. Ibtidai sinif müəllimi İsmayilova Almaz 2014-cü ildə Əməkdar müəllim adına layiq görülüb. 2009-cu ildə məktəb” Ən yaxşı məktəb’’ müsabiqəsinin qalibi olmuş və həmin il məktəbin 3 müəllimi Həsəmova Xurşid , Kərimova Bahar, İsmayılova Almaz ‘Ən yaxşı müəllim’ müsabiqəsinin qalibi olmuşlar. Məktəb artiq 17 ildir ki, Binəqədi rayon məktəbləri arasinda keçirilən spartakiadanin qalibi olur. Məktəbin geniş yaşillıq sahəsi var. Bu sahəyə 1000-ə yaxın zeytun, şam, çinar, kiparis, meyvə və bəzək kolları əkilmişdir.

Haqqında

1968-ci ilin sentyabrında 245 nömrəli tam orta məktəb öz qapılarını Əhmədli qəsəbəsinin gənc sakinlərinin üzünə açdı. 1990-cı ilə qədər məktəbdə dərslər yalnız rus dilində keçirilirdi, amma 1990-cı ilin sentyabrından azərbaycan bölməsi də fəaliyyət göstərməyə başladı. Hal-hazırda məktəbdə təhsil iki dildə: həm azərbaycan, həm də rus dilində aparılır. İldən ilə məktəbin şagird kontingenti artırdı. 1994-cü ildə ibtidai siniflər üçün əlavə bina tikildi. Məktəb bir çox pilot layihənin iştirakçısıdır. Bunlardan “Elektron məktəb” və “Rus dilinin ikinci xarici dil kimi intensiv təhsili”, “Rəqəmsal bacarıqlar”, “STEAM”, layihələrini qeyd etmək olar. 2008-ci ildə məktəb ilk dəfə “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin “Yol polisinin gənc köməkçiləri” komandası 2009-2010-c illərdə beynəlxalq yol təhlükəsizliyi müsabiqəsində iştirak etmiş və 2 dəfə fəxri yerlərdən (1,3) birini qazanmışdır. Məktəbin komandası 2016 və 2017-ci illərdə Rusiya Federasiyasının Anapa şəhərində MDB dövlətləri komandaları arasında keçirilən “Gənc yol hərəkəti inspektorları"nın toplantısında iştirak edərək toplantı qalibi adını qazanmışdır.

2014 cü ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbin infrastrukturu yenilənib, həyəti abadlaşdırılmışdır. Hər bir sinif otağı kompüter və proyektorla təchiz olunub, yüksəksürətli internet xətti çəkilib. 2016-cı ilin sentyabrında məktəbin daha bir korpusu şagirdlərin istifadəsinə verilib. Qürürverici hissdir ki, korpusun açılışında ölkəmizin Prezidenti Cənab İlham Əliyev iştirak etmişdir. Yeni korpusda 20 sinif otağı, fizika, kimya, biologiya, informatika kabinetləri vardır. Məktəbin VIII-XI sinif şagirdləri bu korpusda təhsil alır. Yeni korpusun istifadəsi ilə məktəbin VI-XI sinif şagirdləri birnövbəli dərs rejiminə keçdilər.

Bu gün məktəbin 93 sinfində 3273 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 173 müəllim məşğul olur. Müəllimlərin arasında "İlin müəllimi" və "Əməkdar müəllim" adlarını daşıyan müəllimlər də vardır. Hər il məktəbin pedaqoji kollektivi yenilənir. Təqaüdə gedən müəllimlər yerlərini gənc müəllimlərə verir. 2015-ci ildə məktəbin iki şagirdi Fizika”“Tibb” istiqamətləri üzrə “Sabahın alimləri” müsabiqəsini qalibi olmuş və III yeri tutmuşlar. 2016 -cı ildə məktəbin şagirdi Səmədov Aydın "Sabahın alimləri" müsabiqəsində Fizika istiqaməti üzrə III yerin qalibi olmuşdur.

2015-ci ilin nəticələrinə görə məktəb "İlin ən yaxşı ümumtəhsil müəssisəsi" adını yenidən qazanmışdır.

2015-2016-cı dərs ilindən məktəbdə təmayül siniflər fəaliyyət göstərir. 2016-2017-ci dərs ilində məktəbin iki şagirdi: XI sinif şagirdi Əliyev Aqşin Fizika fənni üzrə fənn olimpiadasının Respublika mərhələsində III yeri və VIII sinif şagirdi Tolstoşeyev Roman isə İnformatika üzrə fənn olimpiadasının Respublika mərhələsində II yeri qazanmışlar. 2016-2017-ci ilin nəticələrinə görə məktəbin məzunu Əliyev Aqşin Orxan oğlu təhsildə göstərdiyi nəticələrinə görə, Fizika fənni üzrə fənn olimpiadasının Respublika mərhələsində III yeri qazandığına görə xüsusi formalı attestat və qızıl medal almışdır.

2021-2022 ci tədris ilində 10-cu sinif şagirdi Sahib Əliyev İnformatika fənni üzrə fənn olimpiadasının Respublika mərhələsində 3-cü yerin qalibi olub. 2021-2022 ci tədris ilində "Sabahın alimləri XI Respublika müsabiqəsi"ndə 9-cu sinif şagirdi Xalid İsazadə “Komputer elmləri” nominasiyası üzrə 3-cü yerə layiq görülərək diplom və bürünc medalla təltif olunmuşdur. 2021-2022 ci tədris ilində “eTwinning” layihəsi çərçivəsində Mənim Böyük ideyam (My Big İdea) müsabiqəsində 9-cu sinif şagirdləri Rəvan Həşimli, Əli Əhmədov ikinci yerin qalibi olmuşlar. 2021-2022 ci tədris ilində SASMO Beynəlxalq Olimpadasında 2 –ci sinif şagirdi Mirzəzadə Əbülfəz gümüş medala layiq görülüb. 2021-2022 ci tədris ilində AMO-Beynəlxalq riyaziyyat olimpiadasında 5- ci sinif şagirdi Niftəliyeva Mələk 2-ci yerə və "Teeneagle Online English Language" müsabiqəsində qızıl medala layiq görülüb. 2022 ci tədris ilində Məktəbin rus dili və ədəbiyyat müəllimi Agayeva Məlahət İmran qızı "Əməkdar müəllim" adına layiq görülüb. 2022 ci tədris ilində 9-cu sinif şagirdi Elman Hüseynov Trabzon uluslararası güləş turnirində 1- ci yerə layiq görülüb. 2022 ci tədris ilində 3-cü sinif şagirdi Səidə Əliyeva İnternational Montenegro Beauty Cup 2022 yarışmasında 1yerin qalibi olub. 2022 ci tədris ilində 6-cı sinif şagirdi Hüseyn Məmmədli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsində vokal ifaçılığı nominasiyası üzrə 3- yerin qalibi olmuşdur.

Haqqında

Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəb Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi 68a ünvanında yerləşir. 1969-cu ildən fəaliyyət göstərir. Məktəb birnövbəlidir və 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. Tədris Azərbaycan və rus dillərində aparılır.

2015-2016-cı tədris ilində məktəb əsaslı təmir olunmuşdur. 7 sentyabr 2016-cı il tarixində Prezident İlham Əliyev əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə maraqlanmaq üçün məktəbə gəlmişdir. Dövlət başçısı ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinetləri və idman zalında yaradılan şəraitlə tanış olmuşdur.

Məktəb lazımi avadanlıq və ləvazimatlarla, kompüterlərlə təmin edilmiş, müasir istilik və işıqlandırma sistemləri qurulmuşdur. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Məktəbdə bədii ədəbiyyat və müxtəlif dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılmış, bütün sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, idman zalı, akt zalı, yeməkxana yüksək standartlar səviyyəsində təmir edilmişdir.

Məktəbin layihə tutumu (şagird sayı) 1320 yerlikdir. Hazırda məktəbdə 1234 şagird təhsil alır. Məktəbdə şagirdlərinin təlim-tərbiyəsi ilə öz peşəsini gözəl bilən 64 təcrübəli müəllim məşğul olur. Əksər müəllimlər MİQ-də yüksək bal toplamış və yeni təyinat almış gənc müəllimlərdir. Məktəbin güclü pedaqoji kadr potensialı var. Məktəbin idarə olunmasında, təlim-tərbiyə prosesinin təşkilində, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində pedaqoji kollektivin səmərəli işi təşkil olunmuşdur. Xarici dil kimi ingilis dili və rus dili tədris olunur. Məktəbdə bir çox layihələr: STEAM, rəqəmsal bacarıqlar, pilot dərsliklər, təbiət təmayülü tətbiq olunur, idman dərnəkləri fəaliyyət göstərir. Məktəb-valideyn əməkdaşlığı həmişə diqqətdə saxlanılır. Valideyn məsuliyyətinin artırılması və valideyn-məktəb əməkdaşlığınln gücləndirilməsi məqsədi ilə vaxtaşırı “Açıq qapı” günləri təşkil olunur. Təhsilin keyfiyyətini yüksəltmək üçün məktəbin İllik Fəaliyyət planına uyğun olaraq təqdimatlar, dəyirmi masalar, görüşlər, viktorinalar təşkil edilir, məktəb Kiçik Akademiyanın fəaliyyəti çərçivəsində xüsusi istedadlı şagirdlərin elmi potensialı və yaradıcılığı üzə çıxarılır, fənn aylıqları, “Nümünəvi dərslər” keçirilir. Məktəbimizdə hərbi-vətənpərvərlik tərbiyəsi də daima diqqət mərkəzindədir. Müəllim-şagird kollektivi məktəbdaxili və məktəbdənkənar tədbirlərdə, yarış və müsabiqələrdə fəal iştirak edir, müxtəlif uğurlar əldə edirlər. 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə I qrant müsabiqəsində məktəbin ümumtəhsil və fərdi kateqoriya üzrə iki layihəsi qalib olmuşdur, 2021-2022-ci tədris ilində isə VI qrant müsabiqəsində fərdi kateqoriya üzrə iki layihə qalib olmuşdur: Naidə İbrahimova və Sevil Rzayevanın layihələri.

Məzunlarımız müxtəlif ali təhsil müəssisələrini bitirib, respublikamızın ictimai, siyasi, sosial, mədəni həyatına öz töhvəsini verməkdədirlər. Məktəb yetişdirdiyi şagirdlərlə həmişə fəxr edib. 247 nömrəli tam məktəb ali məktəbə şagird qəbulu üzrə rayon məktəbləri arasında yüksək nəticələri ilə öndə olmuşdur. Respublikada ali məktəblərə qəbul imtahanında ilk 700 bal toplamış abituriyent məktəbimizin məzunu olmuşdur. 2021-2022-cü tədris ilinin məzunları Süsən Gidayeva və Ülkər Həkimli qəbul imtahanında 600-dən yuxarı bal toplamışdır. Uğurlarımız indi də davam etməkdədir.