0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Məktəbin əsas binası 1995-ci ildə təhsil ocağı kimi fəaliyyətə başlayıb. Məktəbin 3 tədris korpusu var. 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən 140 yerlik yardımçı korpus tikilmiş, 2011-ci ildə isə 15 sinif otağından ibarət 3 mərtəbəli tədris korpusu istifadəyə verilmişdi. Məktəbdə hal-hazırda 968 şagird təhsil alır. Onlardan 53 uşaq məktəbəqədər hazırlıq qrupunda təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 72 nəfər müəllim heyyəti məşğul olur. Məktəb 2 növbəlidir. I növbədə 28 sinif və 3 məktəbəhazırlıq qrupu, II növbədə isə 12 sinif fəaliyyət göstərir. Məktəbimizin əsas məqsəd və vəzifələri: ibtidai təhsil pilləsindən başlayaraq, şagirdlərin keyfiyyətli tam orta təhsil almalarını təmin etməklə bərabər, fizika, riyaziyyat, informatika fənnlərinə xüsusi maraq göstərən, bu fənlər üzrə dərin bilik almağa istedad və qabiliyyəti olan şagirdlər seçməklə onların potensial imkanlarının daha da inkişafına lazımi şərait yaratmaq və istiqamət verməkdən ibarətdir. Həmçinin məktəbdə Rəqəmsal bacarıqlar və STEAM layihələri tətbiq edilir.

Haqqında

Bakı şəhəri 216 nömrəli tam orta məktəbin yeni binası 2020-2021ci tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Məktəbdə 24 sinif otağı, 10 fənn kabineti, qapalı və açıq idman meydançaları, idman zalı, akt zalı, yeməkxana, müasir tələblərə cavab verən kitabxana fəaliyyət göstərir. Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala hərbi şəhərciyinin ərazisində yerləşir. 1992-ci ilə kimi ümum orta məktəb kimi, 1992-ci ildən sonra isə tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəbdə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən zabit və gizirlərin övladları təhsil alır. Məktəbdə təhsil 5 günlük iş həftəsi ilə 2 növbədə aparılır. Hal-hazırda məktəbdə 978 şagird 42 sinifdə təhsil alır və onların təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur. Məktəb 2021-ci il tarixindən Vətən Müharibəsi Qəhrəmanı Şəhid Ramiz Vaqif oğlu Qasımovun adını daşıyır.

Haqqında

Binəqədi rayonu E.Sultanov adına 217 nömrəli tam orta məktəb Sulu-təpə qəsəbəsində yerləşir. Məktəb 1963-ildən 2006-cı ilədək əsas ümumi təhsil məktəb kimi fəaliyyət göstərir. 2006-2007-ci tədris ilindən tam orta məktəb kimi fəaliyyətə başlamışdır. Şagird sıxlığını nəzərə alaraq 2010-cu ildən yeni tədris korpusu tikilib istifadəyə verilmişdir. Məktəb 2 korpusdan ibarətdir. Təlim Azərbaycan dilindədir. Məktəbimizdə 134 pedaqoji, 30 texniki işçi fəaliyyət göstərir. Şagird tutumu 1060 yer olmasına baxmayaraq məktəbimizdə 2716 şagird təhsil alır. Məktəbin müəllimi Ədilova Səadət Allahverdi qızı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Məktəb olimpiada və idman yarışlarında uğur qazanmışdır. Hər il məktəbin şagirdlərindən 600-dək yüksək bal toplayanlar olur.

Haqqında

Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin əsası 1974 -cü ildə qoyulmuşdur .Məktəb 2006-2007 - ci tədris ilinədək əsas təhsil məktəbi kimi fəaliyyət göstərmişdir.2007-2008 - ci tədris ilindən məktəbə orta məktəb statusu verilmişdir. Ölkə prezidenti cənab İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı sayəsində,ölkənin birinci xanımı,millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1176 yerlik yeni məktəb binası 15 sentyabr 2007 - cil ildə istifadəyə verilmişdir. Hazırda məktəbdə 159 nəfər müəllim (rəhbər işçilər istisna olmaqla ) çalışır .Onlardan 145 nəfəri tam ştatda olan , 14 nəfəri isə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərdir. Məktəbin şagird kontingenti 3954 nəfər şagirddən ibarətdir :I-IV siniflərdə 1774 nəfər ,V-IX siniflərdə 1931 nəfər ,X-XI siniflərdə isə 249 nəfər şagird təhsil alır .Məktəb 6 günlük ,ikinövbəli iş rejimi ilə fəaliyyət göstərir. Son illərdə məktəbin məzunlarının ali məktəblərə qəbul göstəriciləri artmışdır.

Haqqında

221 nömrəli tam orta məktəb 1981 - ci ildən fəaliyyət göstərir . Məktəbdə 2062 nəfər şagird təhsil alır . Şagirdlərin təlim tərbiyəsi ilə 156 nəfər müəllim məşğul olur . Məktəb 2013-cü ildə əsaslı təmir olunmuşdur . Avadanlıqla təchiz edilmiş laboratoriyalar , informatika otaqları , idman zalı və akt zalı fəaliyyət göstərir . Məktəbin DİM - nin nəticələri yüksək olmuşdur . Məktəb 2011 - 2012 - ci tədris ilində " ilin məktəbi " layihəsi çərçivəsində qalib olmuşdur .

Haqqında

Fəzail Qədimov adına 222 saylı tam orta məktəb Bakı şəhəri,Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Məktəbin binası 1959-cu ildə inşa edilmişdir.Bina vaxtilə xəstəxana üçün nəzərdə tutulsa da sonra məktəbə verilmişdir. Məktəbin 19 sinif otağından ibarət ikinci korpusu isə 2012-ci ildə tikilib istifadəyə verilmişdir. Müəssisə ərazisinin ümumi sahəsi -6161 kv.m;binanın ümumi sahəsi isə 4311 kv.m. təşkil edir. 51 sinif otağı mövcuddur. 2021/2022-ci tədris ilində məktəbdə 1237 nəfər şagird təhsil alır. Bu il məktəbəhazırlıq qruplarına 96 nəfərdən artıq uşaq qəbul edilmişdir. Həmin uşaqlar 4 qrupda cəmlənmişlər. Məktəbdə gənc nəslin təlim- tərbiyəsilə 72 nəfər müəllim məşğul olur. Müəllimlərin 53 nəfəri ali təhsilli, 19 nəfəri isə orta ixtisas təhsillidir. Ötən dərs ilində məktəbin 11-ci sinfini bitirmiş 41 nəfər şagirddən 15 nəfəri ali məktəblərə,10 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur.