“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na daxil edilən doktorantura səviyyəsi üzrə kvota sayı 500 nəfər müəyyənləşib.
”Report” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Qeyd edilib ki, proqram çərçivəsində gələn ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
Xatırladaq ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın müddəti uzadılaraq 2022-2028-ci illər olaraq müəyyən edilib.
Məlumat üçün bildirək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Ümumilikdə, proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb.