0702133333

0702133333

Özəl bağçalarda 1000-ə yaxın uşağın təhsil haqqını dövlət ödəyir
20.12.2024 12:54

Hazırda 1000-ə yaxın uşaq özəl bağçalarda dövlət vəsaiti hesabına təlimlərə cəlb edilib.TƏHSİL.BİZ  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda çıxış edərkən deyib.Onun sözlərinə görə, dövlət təhsil müəssisələrinə qəbul ola bilmədiyi üçün Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çəçivəsində seçilmiş bağçalara cəlb edilən uşaqların təhsil haqqının yarısını dövlət öz üzərinə götürüb: ”Qrant vəsaitləri hesabına ayrı-ayrı regionlarda məktəbəqədər təhsillə əhatə olunma səviyyəsini artırmağa nail olmuşuq. Bu göstərici çox yüksək olmasa da, düşünürük ki, bu sahədə inkişaf ola bilər. Növbəti illərdə bu sayların on minlərlə olmasını arzu edirik və hədəfləyirik. Ümumiyyətlə hesab edirik ki, ölkədə bütün bağça yaşlı uşaqların təhsilə cəlbi üçün ənənəvi bağça modeli uğurlu hesab olunmur. Bu sahədə bütün yük dövlətin üzərində olmamalıdır. Dövlət-özəl tərəfdaşlığı bu sahəyə çox ciddi töhfələr verməlidir”.  

Digər xəbərlər

Azerbaijan Business Case Competition 2025

21.12.2024 20:58 - edumap.az

AzMİU-da Məzun Assosiasiyası yaradıldı

21.12.2024 12:47 - tehsil.biz