0702133333

0702133333

Azərbaycan və Çin universitetləri arasında akademik mübadilə genişlənir
04.11.2024 16:30

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun professor-müəllim heyəti tərəfdaş Huçjou Universitetinin dəvəti ilə Çində işgüzar səfərdə olub.Konfutsi İnstitutundan Tehsil.biz-ə bildirilib ki, səfər Huçjou Universitetinin humanitar təhsil sahəsində innovativ təcrübəsi ilə tanış olmaq, xarici dillər üzrə tədris proqramlarını təkmilləşdirmək, birgə elmi multikultural tədqiqatlar aparmaq, ADU-da Çin dili və mədəniyyətinin tədrisi metodikasını inkişaf etdirmək məqsədi daşıyıb.Huçjou Universitetinin prorektoru Li Qingfeng ilə görüşdə ADU-nun prorektoru Vüqar Mehrabov universitetlərarası əməkdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, ADU-nun beynəlxalq əməkdaşlığından, dil və mədəniyyət mərkəzlərinin fəal işindən, peşəkar kadrların hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Qeyd olunub ki, iki universitet arasında əməkdaşlığın əsasını müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, Huçjou Universitetində dillərin, xüsusən də Azərbaycan dilinin tədrisi metodlarının təkmilləşdirilməsi təşkil edir. Universitetdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin işinin fəallaşdırılması, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatına dair birgə konfransların keçirilməsinin zəruriliyi də qeyd edilib.Universitetin partiya komitəsinin katibi Jin Peihua ilə görüşdə bildirilib ki, iki ölkənin dövlət başçılarının səyləri nəticəsində Azərbaycanla Çin arasında münasibətlər dinamik və hərtərəfli inkişaf, siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi dövrünü yaşayır.Jin Peihua Bakıda keçiriləcək COP29 konfransının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Çjetszyan əyaləti Çində ekoloji problemlərin öyrənilməsi üzrə əsas elmi mərkəzlərdən biridir. O, həmçinin Çin və Azərbaycanın təmiz enerji, yaşıl nəqliyyat, çirklənmə və karbon emissiyalarının azaldılması, Çinin “Yaşıl Kəmər və Yol” təşəbbüsünün həyata keçirilməsi sahəsində birgə səylərlə irəliləyəcəyinə əminliyini ifadə edib.Rafiq Abbasov isə qeyd edib ki, ADU-da COP29 ərəfəsində Huçjou Universitetinin professoru Jin Peihuanın “Karbon zirvəsi və karbon neytrallığı: Çin fəaliyyətdədir” kitabının təqdimatı keçirilib. Həmçinin qeyd olunub ki, bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə, müəllimlər arasında mübadilələrin inkişafına, həmçinin Konfutsi institutlarının inkişafına dəstək göstərilməsi zərurəti qeyd olunur.Nümayəndə heyətinin üzvləri Huçjou Universitetinin Xəttatlıq Muzeyi və Kitabxanasının tədqiqat, mədəni-maarif və təhsil fəaliyyəti ilə tanış olub, Azərbaycanın fəxri qonaq ölkəsi kimi iştirak etdiyi illik Dünya Mədəniyyət Forumunun keçirildiyi Anji ekoloji ərazisi, mənzərəli Taihu gölünü ziyarət ediblər.ADU-nun nümayəndə heyəti, həmçinin Ququn kompleksində, tarixi Tiananmen meydanındakı Çin Milli Muzeyində və Böyük Çin Səddində olub.