Barattson MMC “Tədbir təşkilatçısı” vəzifəsi üzrə vakansiya elan edir! Əsas vəzifə öhdəlikləri: *Şirkətin daxili və xarici tədbir layihələrini Marketinq şöbəsinin rəhbəri ilə birgə planlaşdırmaq, təşkil etmək, idarə etmək, əlaqələndirmək və nəzarət etmək; *İşçi heyəti ilə bağlı tədbirləri İnsan Resursları şöbəsinin rəhbəri ilə planlaşdırmaq; *Təklif olunan ideyaları, konsepsiyaları, ssenariləri qiymətləndirmək və təhlil etmək; *Fəaliyyətin hazırlanmasında və həyata keçirilməsində iştirak edən işçi heyəti ilə əməkdaşlıq etmək; *Lazımi iştirakçıları, məkanı, avadanlıqları və promo materialları təşkil etmək; *Tədbirin həyata keçirilməsində iştirak edən subpodratçılarla danışıqlar aparmaq; *Fəaliyyət zamanı yarana biləcək problemləri bacarıqlı şəkildə həll etmək. Əsas tələblər: *Ali təhsil; *Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür; *Kompüter bacarıqları: Microsoft Office proqramlarında peşəkar səviyyədə işləmək; *Tədbirlərin təşkilində ən azı 6 ay təcrübəyə malik olmaq; *Yaradıcı olmaq və PR alətləri ilə işləmək bacarığı; *Eyni vaxtda iki və ya daha çox layihə üzərində işləmək bacarığı; *Tapşırıq və məqsədlər qoymaq, onları təsvir etmək bacarığı. Şəxsi keyfiyyətlər: *Ünsiyyətcil, açıq fikirli və pozitiv olmalı; *Bədii və yaradıcı düşüncə qabiliyyəti; *Təşkilatçılıq və danışıqlar apara bilmək bacarığı; *Təqdimetmə bacarığı, ideyaların effektiv çatdırılması; *Çeviklik və problem həll etmə qabiliyyəti. İş qrafiki: Beşgünlük Saat 10:00-19:00 (tədbirlərlə bağlı dəyişkən ola bilər). Əmək haqqı: 600-700 AZN Namizədlərdən CV formalarını [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Tədbir təşkilatçısı” qeyd olunmaqla göndərmələri xahiş olunur. Son müraciət tarixi: 15 noyabr 2024-cü il.