0702133333

0702133333

Nazir: Ətraf mühitin sağlamlığı ilə bağlı ölçmələr aparılmalıdır
04.10.2024 11:02

PİSA beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühitin sağlamlığı ilə bağlı ölçmələr aparılmalıdır.

”Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər il məktəbi bitirən şagirdlərin heç də hamısı ali təhsilə gəlmir: ”Hamı ali təhsilə gəlməlidir fikri yoxdur. Ali təhsil təhsilin növbəti pilləsidir. Biz yalnız ali təhsilin keyfiyyətini artırmaqla, yaxud girişi bir az genişləndirib, çıxışı daraltmaqla və ya əksinə etməklə ali təhsilə marağı artıra bilərikmi? Bax, bu maraqlı müzakirə ola bilər”.