Kateqoria: | fizika |
Dil: | Azərbaycan |
Müəllif: | B.M. Əsgərov |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2005 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Oxuculara təqdim olunan bu kitab müəllifin Bakı Dövlət Universitetinin fizika fakültəsində otuz beş ildən artıq müddətdə oxuduğu mühazirə kursunun əsasında yazılmışdır. Burada termodinamika və statistik fizika bir-birindən ayrı, müstəqil bölmələr kimi deyil, əksinə, onlar müasir proqrama uyğun olaraq sıx əlaqədə bütöv bir kurs kimi şərh edilir.
Dərslikdə termodinamik funksiyalar və potensiallar metodu ilə Gibbsin statistik metodu əsas yer tutur. Burada göstərilmişdir ki, Gibbs metodu əsasında sistemin sərbəst enerjisi tapılarsa, onda hal tənliyini, entropiyanı və bütün termodinamik əmsalları hesablamaq olar. Bundan əlavə, kitabda kvant statistikasının şərhinə geniş yer verilmişdir. Bu bölmədə klassik statistikanın çətinliklərinin necə aradan qaldırılması göstərilmişdir.
Kitab Universitetlərin fizika fakültələrinin yuxarı kurs bakalavriatları, magistrantlar və aspirantlar üçün nəzərdə tutulmuşdur. Eyni zamanda kitabın bəzi fəsilləri elmi işçilər üçün də faydalı ola bilər.