Kateqoria: | Riyaziyyat |
Dil: | Azərbaycan |
Müəllif: | |
Nəşriyyat: | |
Nəşr yeri: | |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
TƏRİF : Müstəvi üzərində götürülmüş üçü bir düz xətt üzərində olmayan dörd nöqtədən və bu nöqtələri ardıcıl birləşdirən dörd parçadan ibarət olan müstəvi fiqura dördbucaqlı deyilir . TƏRİF : Dördbucaqlının hər hansı bir tərəfini öz üzərində saxlayan düz xətt onun digər tərəflərini kəsmirsə , bu dördbucaqlı qabarıq dördbucaqlı adlanır . Hər bir dördbucaqlının 4 tərəfi , 4 təpə nöqtəsi və 4 bucağı var . TƏ RİF : 1 ) Dördbucaqlının eyni təpə nöqtəsindən çıxan tərəflərinə qonşu tərəflər , qonşu olmayan tərəflərinə isə qarşı tərəflər deyilir . 2 ) Dördbucaqlının eyni bir tərəfi üzərində olan təpə nöqtələrinə qonşu təpə nöqtələri , qonşu olmayan təpə nöqtələrinə isə qarşı təpə nöqtələri deyilir . 3 ) Dördbucaqlının qarşı təpə nöqtələrini birləşdirən parçaya dördbucaqlının diaqonalı deyilir .