Kateqoria: | İnformatika Texnologiyaları |
Dil: | Azərbaycan |
Müəllif: | Əhməd Sadıxov |
Nəşriyyat: | KTABYURDU.ORG |
Nəşr yeri: | KTABYURDU.ORG |
Nəşr ili: | 2022 |
Səhifə: | 0 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
Prosessoru (CPU) kompüterin "ürəyi" və "beyni" hesab edə bilərik.Kompüterin yaddaşından və giriş/çıxış portlarından məlumatın oxunması, məlumatlar üzərində müxtəlif hesab, müqaisə, sürüşmə,məntiq v.s. əməliyyatların aparılması, emal olunmuş məlumatların təkrar yaddaşa (portlara) yazılması, hər-cür kəsilmələrin qəbul olunması və cavab verilməsi, habelə fiziki yaddaşın müxtəlif məlumat və instruksiya sahələrinə edilən müraciətlərə nəzarətin təmin olunması v.s. işlər məhs CPU tərəfindən həyata keçirilir.
CPU -nun dilinə proqramlaşdırma dilləri arasında ən yaxın dil Assembler dilidir. Yüksək səviyyəli dildə proqram tərtib edərkən CPU -nun əhəmiyyəti demək olar ki hiss olunmur. Buna səbəb isə kompilyator proqramlarıdır. Kompilyator bizim yüksək səviyyəli dildə yazdığımız proqramları assembler dilinə, daha sonra isə maşın dilinə, yəni obyekt koda çevirir.
Assembler dilində isə proqram tərtib edərkən yazdığımız kod cüzi dəyişikliyə uğrayaraq (maşın dilinə çevrilərək) birbaşa CPU tərəfindən icra olunur. Bu kitab Assembler dilindən bəhs edir. Paralel olaraq CPU-nun arxitekturası, iş prinsipi, fiziki yaddaşın strukturu, CPU -nun yaddaşa müraciət metodları v.s. barədə nəzəri məlumatlar verilir və assembler dilində müvafiq proqram kodları ilə praktik nümunələr gətirilir.