Kateqoria: | İnformatika Texnologiyaları |
Dil: | Azərbaycan |
Müəllif: | M.N. Əlizadə, S.E. İsmayılova, S.M. Hacızadə |
Nəşriyyat: | KTABYURDU.ORG |
Nəşr yeri: | KTABYURDU.ORG |
Nəşr ili: | 2022 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
Microsoft Office paket proqramı bütün dünyada populyarlıq qazanmışdır. Proqramdan nəinki offislərdə, həm də ki, məişətdə geniş istifadə edirlər. Təxminən 40 illik bir keçmişə sahib olan elektron cədvəllər ilk olaraq kompüter ekranlarında görünməyə başladıqları gündən bu yana sürətlə inkişaf etmişlər. Elektron cədvəllərlə hansı işləri görə biləcəyinizi uzun-uzadı anlatmağa ehtiyac yoxdur. Bu mövzuda məlumatlarla bu kitabın səhifələrində lazımı səviyyədə tanış olacaqsınız.
Dərs vəsaitində ölkəmizdə də çox geniş istifadə edilən Excel-in Windows mühitində işləyən Excel 2013 variantına yer ayrılır. Kitabın səhifələrini gözdən keçirdikcə, Excel 2013-ün bu variantının geniş imkanları ilə və öncəki variantlardan əsas üstünlükləri ilə tanış ola bilərsiniz. Qeyd etmək lazımdır ki, haqqında söhbət açılan Excel 2013 variantında Excel-in öncəki variantlarında olan bütün imkanlar saxlanılmış, əsasən struktur dəyişikliklər edilmiş, işləmə prosesi sadələşdirilmiş, yeni imkanlar və funksiyalar əlavə edilmişdir.
Kitabda verilən məlumatların asan anlaşılması üçün sadə misallardan istifadə olunmuşdur. Bundan başqa müxtəlif yazı tiplərindən, yazı stillərindən və köməkçi işarələrdən istifadə edilərək xüsusi əhəmiyyət kəsb edən məlumatlar fərqli şəkildə verilmişdir. Dərs vəsaitində Excel 2013-ün yüklənilməsi və proqramdan çıxılması haqqında məlumat verilir.
Cədvəl prosessori Excel cədvəllərin və qrafiklərin yaradılması, verilənlərin təhlili və hesabatların aparılması üçün əlverişli və güclü vasitədir. Maliyyə hesabatlarının aparılmasında, müxtəlif fəaliyyət sahələrini əhatə edən hesablamaların yerinə yetirilməsində istifadə etmək üçün Excel 2013 əvəzsizdir.
Excel 2013 - hal-hazırda cədvəl prosessorunun ən sonuncu versiyasıdır.
Excel 2013 -ü tutarlı səviyyədə öyrənmək istəyən hər bir kəs dərs vəsaitini diqqətlə oxumalıdır. Bununla yanaşı dərs vəsaitində verilmiş tapşırıqları cədvəl prosessorunun imkanlarından istifadə etməklə yerinə yetirmək lazımdır. İstifadəçi verilmiş misallara oxşar zövqünə uyğun misallar da yarada bilər. Dərs vəsaiti Excel 2013 cədvəl prosessoru ilə tanış olmayanlar üçün nəzərdə tutulmuşdur. Bundan təcrübəli istifadəçilər də istifadə edə bilərlər.
Kitabda Excel 2013 proqramında bütün məlumatların, menyuların, əmrlərin, parametrlərin adlarının ingiliscə olduğunu nəzərə alaraq işinizi sadələşdirmək üçün bu adların və iş prosesində tez-tez ekrana çıxacaq məlumatların tərcüməsi mötərizələrdə Rus və Azərbaycan dillərində verilmişdir.
Yükləməyə Keç