0702133333

0702133333

ŞAGİRD NAİLIYYƏTLƏRİNİN MONİTORINQİ QİYMƏTLƏNDİRILMƏSİ.
Kateqoria: Kurikulum
Dil: Azərbaycan
Müəllif: Facebook
Nəşriyyat: Facebook
Nəşr yeri: Facebook
Nəşr ili: 2015
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

 

PLAN:

 

1. Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi;

2. Şagirdlərin təlim müvəffəqiyyətinə nəzarət;

3. Nəzarətin yoxlanması və qiymətləndirilməsi yolları.

 

1. Dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Təhsilin keyfiyyəti əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara (standartlara) nisbəti ilə müəyyən olunur. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələridir və bu nəticələrin obyektiv qiymətləndirilməsi keyfiyyəti üzə çıxaran etibarlı mənbə hesab olunur.