Kateqoria: | Qanun |
Dil: | Azərbaycan |
Müəllif: | RİZVAN FİKRƏTOĞLU |
Nəşriyyat: | e.gov.aze |
Nəşr yeri: | e.gov.az |
Nəşr ili: | 2022 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
AR-da AR-ın qanunları ilə təsis edilmiş AR məhkəmələri fəaliyyət göstərirlər. AR Konstitusiyasının 125-ci maddəsinin VI hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə: 1. müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi 2. fövqəladə məhkəmələrin, 3. eləcə də xarici dövlətlərin, - Konstitusiyada bu ifadə yoxdur! 4. yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır. - Konstitusiyada bu ifadə yoxdur! AR Konstitusiya Məhkəməsinin (bundan sonra — Konstitusiya Məhkəməsi) fəaliyyəti və hakimlərinin statusu «Konstitusiya Məhkəməsi haqqında» AR-ın qanunu ilə müəyyən olunur. Maddə 3. Məhkəmələrin vəzifələri AR məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən AR Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını vəazadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, AR-ın Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir