Kateqoria: | Qanun |
Dil: | Azərbaycan |
Müəllif: | e.gov.az |
Nəşriyyat: | e.gov.az |
Nəşr yeri: | e.gov.az |
Nəşr ili: | 2022 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. 2) Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 3) Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 4) Hər kəsin yaşamaq hüququ vardır. 5) Hər kəsin azadlıq hüququ vardır. 6) Hər kəsin mülkiyyət hüququ vardır. 7) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. 8) Hər kəsin əqli mülkiyyət hüququ vardır. 9) Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. 10) Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 11) Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. 12) Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. 13) Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. 14) Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. 15) Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.