0702133333

0702133333

AR İnsan hüquq azadlığının həyata keçirilməsi tənzimlənməsi
Kateqoria: Qanun
Dil: Azərbaycan
Müəllif: e.gov.az
Nəşriyyat: e.gov.az
Nəşr yeri: e.gov.az
Nəşr ili: 2022
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya uyğunlaşdırmaq məqsədilə qəbul edilir.

Maddə 1. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri

1.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun heç bir müddəası dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya Azərbaycan Respublikası Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.