Kateqoria: | Qanun |
Dil: | Azərbaycan |
Müəllif: | e.gov.az |
Nəşriyyat: | e.gov.az |
Nəşr yeri: | e.gov.az |
Nəşr ili: | 2022 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin.
3. «Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində» Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR qanunları toplusu, 1938-1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5-6, maddə 71, № 12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin.
A. MÜTƏLLİBOV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 1991-ci il.
№ 17-XII.
«Həyat» qəzetində dərc edilmişdir ( 08 fevral 1991-ci il, № 28). «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1991-ci il, № 3 (832), maddə 39).
8 iyun 2004-cü il tarixli, 683-IIQ nömrəli qanuna əsasən dəyişikliklərlə).