0702133333

0702133333

Dövlət qulluğu haqqında AR Qanununun tətbiq edilməsi
Kateqoria: Qanun
Dil: Azərbaycan
Müəllif: e.gov.az
Nəşriyyat: e.gov.az
Nəşr yeri: e.gov.az
Nəşr ili: 2022
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- həmin Qanunun tələblərinə müvafiq olara dövlət qulluqçuları üçün təminatlara dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 12-ci maddəsinə müvafiq olaraq inzibati vəzifələrin təsnifat toplusunun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 16-cı və 17-ci maddələrinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;