Kateqoria: | Qanun |
Dil: | Azərbaycan |
Müəllif: | e.gov.az |
Nəşriyyat: | e.gov.az |
Nəşr yeri: | e.gov.az |
Nəşr ili: | 2022 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli, 830 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə bağlı qərara alıram:
1. «Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. «Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 581; 2003-cü il, № 8, maddə 441; 2007-ci il, № 8, maddə 768, № 9, maddə 873; 2008-ci il, № 5, maddə 363) qüvvədən düşmüş hesab edilsin.