0702133333

0702133333

Həmid Cavanşir oğlu Abbasbəyli

Həmid Abbasbəyli 17 noyabr 1991-ci ildə Binəqədi rayonunda Cavanşir Abbasov və Gülnarə Məmmədovanın ailəsində anadan olub. 1998-2002-ci illərdə Binəqədi rayonu F. İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002-2006- cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. A. Həmid idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olmuş, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca 2013- 2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi davam etdirmişdir. 2016-2017-ci illərdə Türkiyə Respublikasında, 2017-2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir. li təhsilini başa vurduqdan sonra Abbasbəyli Həmid cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri olaraq hərbi xidmətə başlamışdır. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun baş leytenantı olan Həmid Abbasbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Abbasbəyli oktyabrın 20-də Laçın dəhlizi istiqamətindəki döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.